Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 7-də aktivlərin həcmi bu il yanvarın 1-i tarixinə 1 milyard manatdan çox olub.
Fins.Az bankların hesabatına istinadən xəbər verir ki, bunlardan 3 bankın aktivlərinin həcmi isə 7 milyard manatı ötüb.
Məlumata görə, bu banklar "Azərbaycan Beynəlxalq Bankı" (14 milyard manat), "PAŞA Bank" (8,5 milyard manat) və "Kapital Bank"dır (7,8 milyard manat)