Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ildə ilk dəfə faiz qərarını 1 fevral tarixində açıqlayacaq.
Fins.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Əlavə edək ki, qurumun İdarə Heyəti sonuncu dəfə faiz qərarını 16 dekabr 2022-ci il tarixində açıqlayıb. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılıb, faiz dəhlizinin yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.