BANK

26 Yanvar

Azərbaycanda nağdsız ödənişlərin həcmi 3 mlrd. manata çatdı

Azərbaycanda ötən ilin dekabr ayına ölkədaxili nağdsız əməliyyatların həcmi 2021-ci ilin eyni dövrünə nisbətən 2 dəfə artıb.

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 mlrd. 967 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 2 mlrd. 313 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 650 mln. manatı POS-terminallar, 2.7 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib.