İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün ötən il kommersiya banklarından 3 layihə üzrə Sahibkarlığın İnkişafı Fonduna müraciətlər daxil olub.
Fins.Az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.
O.Xaliyev bildirib ki, layihələr sənaye istehsalı, yeyinti sənayesi və kənd təsərrüfatı sahələrini əhatə edib. Bu il də Qarabağda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlar üçün güzəştli kreditlər nəzərdə tutulub.