BANK

25 Yanvar

Banklar 914 mln. manatdan çox xalis mənfəət əldə edib

Azərbaycan bankları 2022-ci ildə 914.5 milyon manat xalis mənfəət, 1 milyard 71.4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 50% və 45% artıb.

Əlavə edək ki, banklar tərəfindən ümumilikdə 2022-ci il ərzində 261.5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.