BANK

25 Yanvar

2022-ci ildə Azərbaycanda bankların aktivləri 24%-ə yaxın artıb

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 47,054.9 milyon manat təşkil edib.

Fins.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 23,4% çoxdur.

Bankların aktivlərinin 19,594.4 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 17,5% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 43,2%-dən 41,5%-ə kimi azalıb.

Hesabat dövründə, bank sektorunun öhdəlikləri 24% artaraq 41432,9 milyon manata, o cümlədən depozit portfeli 25,3% artaraq 33762,5 milyon manata çatıb. Bunun 11482,9 milyon manatı fiziki, 22279,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 26,6%, şirkətlərin banklardakı vəsaitləri isə 24 % artıb.

Son bir ildə bank sektorunun balans kapitalı isə 13,3 % artaraq 5622,0 milyon manat təşkil edib.