BANK

23 Yanvar

Sahibkaralara verilən güzəştli kreditin həcmi açıqlandı

2022-ci il ərzində sahibkarların 2726 layihəsinin maliyyələşdirilməsinə 145.9 milyon manat güzəştli kredit ayrılıb.

Fins.az bu barədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir. 

Məlumata görə, verilmiş kreditlərin 87.1 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının, 37.3 milyon manatı sənaye məhsullarının istehsalı və emalının, 9.1 milyon manatı turizmin, 12.4 milyon manatı isə digər sahələrin payına düşüb.