Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.Az-a verilən məlumata görə, 19 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2064024709 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9346.41 (9.99%) manat və 9450.9026 (8.3%) manat olan 11 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20,320,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9391.876 (9.25%) manat və orta ölçülmüş qiyməti 9411.2857 (8.94%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 28.09.2023-cü ildir.
Fuad Mədətov
Fins.Az