“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə başa vurub.
Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 22% çoxdur. Belə ki, ABB 2021-ci ildə 208 milyon 780 min manat xalis mənfəət açıqlamışdı.
2022-ci ildə ABB-in cəmi gəlirləri 780 milyon 239 min manat (2021-ci ilə nisbətən 29% çox), cəmi xərcləri 384 milyon 809 min manat (9,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Bankın aktivləri 22,3% artaraq 14 milyard 39 milyon manata, o cümlədən müştərilərə verilmiş kreditləri 14% artaraq 3 milyard 531 milyon manata çatıb. Hesabat dövründə bankın cəmi öhdəlikləri 24% artaraq 12 milyard 406 milyon manat, o cümlədən depozitləri 28.5% artaraq 10 milyard 622 milyon manata yüksəlib. ABB-nin cəmi kapitalı 1 milyard 633 milyon manata bərabər olub. Bu isə 2021-ci ilə nisbətən 14% çoxdur.