BANK

18 Yanvar

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Fins.az xəbər verir ki, 18 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2062024701 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9814.506 (8.10%) manat və 9828.2353 (7.49%) manat olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59,080,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  9819.2281 (7.89%) manat, orta ölçülmüş qiyməti isə 9823.7408 (7.69%) manat  olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 12.04.2023-cü ildir.