Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.
Fins.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb. Bu vəzifə Umeyra Fərhad qızı İbrahimovaya həvalə olunub.
Qeyd edək ki, Umeyra İbrahimova buna qədər "PAŞA Bank"ın Qlobal bazar şöbəsində müdiri olub.