BANK

17 Yanvar

“Kapital Bank” 2022-ci ilin nəticələrini elan edib

“Kapital Bank”ın aktivləri yanvarın 1-nə 7,8 milyard manat, müştərilərə verilən kreditlərin həcmi isə 3,2 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 6,1 milyard manat, “Kapital Bank”ın tutulmalardan sonra məcmu kapitalı 802 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat olub.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.