BANK

13 Yanvar

AYİB-in vitse-prezidenti Azərbaycana gələcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone yanvarın 16-19-u aralığında Cənubi Qafqaza səfər edəcək.

Fins.Az-ın məlumatına görə, APA bu barədə AYİB-ə istinadən xəbər verir.

Bildirilib ki, Bankın nümayəndləri əvvəlcə Ermənistanda, sonra Gürcüstan və sonra isə Azərbaycana gələcəklər. Bankın nümayəndə heyəti yüksək dövlət rəsmiləri, diplomatik tərəfdaşlar və mövcud müştərilərlə görüşəcək. Komanda həmçinin, Azərbaycan Mərkəzi Bankında da olacaq.