BANK

12 Yanvar

Fitch: 2023-cü ildə Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirməyəcək

“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu açıqlayıb.

Fins.Az-ın məlumatına görə, APA beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 8,25% səviyyəsində saxlayacağını və pul siyasətində yumşaldılmaya getməyəcəyini proqnozlaşdırıb.

Agentlik hesab edir ki, 2023-cü ildə inflyasiya 2022-ci ildəki təxmin edilən illik 13,0%-dən 9,5%-ə qədər yavaşlayacaq. “Bununla belə, artan qiymət təzyiqlərinin yüksək olaraq qalması Mərkəzi Banka pul siyasətini yumşaltmağa imkan verməyəcək”, - “Fitch Solutions” əlavə edib.