BANK

12 Yanvar

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - 12.01.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

12 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2060024703 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9346 (10%) manat və 9469.697 (8%) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 19,890,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9394.9643 (9.2%) manat və orta ölçülmüş qiyməti 9412.6982 (8.91%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 21.09.2023-cü ildir.