BANK

11 Yanvar

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Fins.az-a qurumdan məlumat verilib.

11 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2058024707 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9816.754 (8%) manat və 9859.67 (6.1%) manat olan 11 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53,260,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9823.5044 (7.7%) manat, orta ölçülmüş qiyməti isə 9830.6616 (7.38%) manat  olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 05.04.2023-cü ildir.