2022-ci il ərzində Azərbaycanda maliyyə axınlarının həcmi 26.4 mlrd. manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 9.5% çoxdur.
Fins.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, 2021-ci ilin dördüncü rübündə olduğu kimi 2022-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (21.3%), tikinti (19.8%) və ticarət, nəqliyyat vasitələrinin təmiri (15.8%) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1 979 mln. manat artım) və ticarət, nəqliyyat vasitələrinin təmiri (1 418 mln. manat artım) sahələri olub.
Bütövlükdə, rüb ərzində maliyyə axınları üzrə ötən ilin eyni dövrünə nəzərən yeddi iqtisadi fəaliyyət sahəsində azalma, digərlərində isə artım qeydə alınıb. Ən çox artım daşınmaz əmlak (2.1 dəfə), tikinti (61%) və ticarət, nəqliyyat vasitələrinin təmiri (52%), ən çox azalma isə elektrik enerjisi, qaz, buxar təchizatı (-34%), maliyyə və sığorta fəaliyyəti (-28%) və digər sahələrdə xidmətlər (-26%) sektorlarında olub.