Üç ildən artıqdır qızıl almayan Çin Xalq Bankı, ardıcıl iki ay qızıl alıb.
"Fins.az" xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) qızıl ehtiyatını noyabrda 32 ton, dekabrda isə 30 ton artırıb. Son alışlar ilə ölkənin qızıl ehtiyatları 2010 tona çatıb.
Ümumdünya Qızıl Şurasının hesabatına görə, ötən ilin üçüncü rübündə mərkəzi bankların külçə qızıl alışları rekord qıraraq 400 ton təşkil edib. Çinin qızıl alışını elan etməsi bu sirli alıcıların kimliyinə bir qədər işıq salır. Bazar müşahidəçiləri Rusiyanın başqa bir alıcı ola biləcəyini düşünürlər.
Çin əvvəllər nadir hallarda ehtiyatları barədə məlumat verirdi.