2004-cü ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının 246 nömrəli lisenziyası əsasında fəaliyyətə başlayan Xalq Bankın 18 yaşı tamam olur.
Bu illər ərzində Xalq Bank müştərilərin etibarlı tərəfdaşına çevrilmiş və ölkənin aparıcı bankları sırasında öz yerini tutmuşdur.
18 illik dövrdə Bank öz fəaliyyətində ölkəni əhatə edən geniş filial şəbəkəsi ilə yüz minlərlə müştəriyə peşəkar, müasir və rahat bankçılıq xidmətlərinin göstərilməsini, eləcə də müştəri məmnuniyyətinin təmin edilməsini əsas tutmuşdur. Fəaliyyət göstərdiyi 18 il ərzində Xalq Bank cəmiyyətin inkişafına öz töhfəsini verərək mədəni-sosial layihələrdə də aktiv iştirak etmişdir. Belə ki, Bank 2010-cu ildən etibarən təqdim etdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində 22 kitab nəşr etdirməklə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə çatdırılması və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlər görmüşdür.
ASC “Xalq” Bankı müştəri və tərəfdaşlarına inam və etimadına görə dərin minnətdarlığını bildirir, növbəti ildə onlarla birlikdə yeni uğurlara imza atmaq ümidi ilə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını təbrik edir!