Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətin satın alınması ilə bağlı elan edilmiş açıq tenderə yekun vurub.
"Fins.az" xəbər verir ki,bu barədə Mərkəzi bank məlumat yayımlayıb.
Məlumata görə, satınalmalar komissiyasının 19 dekabr tarixli qərarına əsasən əsas vəsaitlərin və nağd pulun sığortalanması üzrə "PAŞA SIĞORTA" ASC qalib elan edilib. Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.