BANK

27 Dekabr

Sanksiyalar Rusiyanın ən böyük bankını ofisini bağlamağa məcbur etdi

"Sberbank"ın İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyahin paytaxt Moskvada jurnalistlərə bildirib ki, "Sberbank"ın Əbu-Dabidəki ofisində “ciddi çətinliklər” var.

"Fins.az"xəbər verir ki, bu səbəbdən Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ofislərini bağlamaq qərarına gəldiklərini qeyd edən Vedyahin, “2023-cü ilin ilk rübündə BƏƏ-dəki ofisimizi bağlamaq məcburiyyətində qalacağımız üçün təəssüf edirik. Bununla belə, biz ofisimizi bağladıqdan sonra BƏƏ bazarında müştərilərə kömək etməyə davam edəcəyik” deyib.

Vedyahin əlavə edib ki, 2023-cü ilin sonuna qədər Çində filial açmağa ümid edirlər.

Təxminən 110 milyon müştərisi ilə Rusiyanın ən böyük bankı olan "Sberbank", ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya bankları arasındadır.