BANK

23 Dekabr

Xəzər Universitetinin tələbələri Maliyyə savadlılığı seminarlarında

22 dekabr 2022-ci ildə Mərkəzi Bankın Virtual Təhsil Platformasında Maliyyə savadlılığı mövzularında götürdükləri dəsrlərdə uğurlu olan 48 nəfər tələbəyə Maliyyə savadlılığı portalı və digər elektron resurslarımız təqdim edilmiş, “Rəqəmsal ödənişlərin üstünlükləri”, “Əmanətlərin sığortalanması” mövzusunda təqdimatlar edilib.

 Mövzuları Ödəniş sistemləri və hesablaşmalar departamentinin mütəxəssisi Ülfət Yusifov, İstehlakçılarla iş departamentinin kiçik mütəxəssisi Gülbacı Qurbanova, Əmanətlərin sığortalanması Fondunun əməkdaşları Fərid Kazımzadə və Emil Bayramov təqdim etmişdilər.

Tələbələrə uğurlu olduqları seminarlara görə sertifikatlar təqdim edilmişdir. Digərlərindən nəticələrinə görə fərqlənən 9 tələbəyə Master Kart Beynəlxalq təşkilatı tərəfindən hədiyyələr təqdim edilmişdir.