BANK

23 Dekabr

Nağdsız əməliyyatların həcmi 2 dəfəyə yaxın artıb

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.Nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır

"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumata görə, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 mln. manat təşkil edib. 

Həyata keçirilən nağdsız ödənişlərin 1908 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 613 mln. manatı POS-terminallar, 2.4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47.4%-ni təşkil edib.

Müəllif:Aynur Qəniyeva