BANK

23 Dekabr

Hüquqi şəxslərin cəmi depozit portfeli dəyişməyib

2022-ci ilin noyabr ayında bankların fiziki şəxslər üzrəəmanət portfeli 0.7% (83.3 milyon manat) artaraq 11 milyard 339.9 miylon manat təşkil etmişdir. 

"Fins.az" Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, əmanət portfelinin 53.4%-i (6 milyard 58 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

Hüquqi şəxslərin tələbli depozitləri 19 milyard 51.1 milyon manat olmaqla (ay ərzində artım 3.1% və ya 565.7 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (21 milyard 521 milyon manat) 88.5%-ni təşkil etmişdir (ilin əvvəli ilə müqayisədə bu nisbət dəyişməmişdir). 

Bankların cəmi depozit portfeli noyabr ayında 2.1% (668.8 miylon manat) artmışdır. Depozit portfelinin 65.5%-ni hüquqi şəxslərin depozitləri, 34.5%-ni fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.