2022-ci ilin yanvar-noyabr ayında bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nəzərən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumata görə,keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 26.6% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1.7 mln. ədəd artıb.
Müəllif:Aynur Qəniyeva