BANK

23 Dekabr

Bank sektorunun xarici öhdəlikləri 706 mln. manat ARTIB

Cari ilin yanvar noyabr ayları ərzində bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 706 mln. manat artaraq 1,769.3 mln. manat təşkil edib.

"Fins.az" xəbər verir ki,bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

Məlumata görə, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesabları və qeyri-rezident bankların "loro" müxbir hesabları və depozitlərinin həcmindəki artım ilə əlaqədardır.