BANK

21 Dekabr

Yaponiya Bankından daha bir sürpriz qərar

Yaponiya Bankı planlaşdırılmamış istiqraz alışı əməliyyatı elan edib.

"Fins.az" xəbər verir bank çərşənbə axşamı gəlirlilik əyrisinə nəzarət proqramını da dəyişib. 

Məlumata görə, Yaponiya Bankı (BOJ) istiqraz tərəfində bazarların gözləmədiyi addımlar atmağa davam edir. Çərşənbə axşamı gəlirlilik əyrisində bir addım atan bank indi əvvəllər planlaşdırılmamış istiqraz alışı proqramını elan edib. 

Yaponiya Bankı (BOJ) daha əvvəl açıqlanmayan istiqraz alışı əməliyyatı elan edib, çünki benchmark gəlirləri mərkəzi bankın yuxarı həddinə qalxıb. BOJ 3 və 5 illik istiqrazları 100 milyard yen, 5 və 10 illik istiqrazları isə 100 milyard yen qarşılığında almağı təklif edib.

10 illik gəlirlilik 5,5 baza bəndi artaraq 0,450 faizə yüksələrək, çərşənbə axşamı siyasət qərarı ilə müəyyən edilmiş 0,5 faiz həddi yaxınlaşır.