BANK

05 Dekabr

Qazaxıstan Milli Bankı ilin sonuna ölkədə inflyasiya və ÜDM-i proqnozlaşdırıb

Qazaxıstan Milli Bankı 2022-ci ilin sonuna inflyasiya proqnozunu 20-21%-ə qaldırıb, eləcə də ÜDM-in artımı proqnozunu 2-3%-ə endirib.

"Fins.az" xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.Sentyabrda Milli Bank ilin sonuna inflyasiyanı 16-18% səviyyəsində, ÜDM-in artımını 2,5-3,5% diapazonunda proqnozlaşdırmışdı. 

Qazaxıstanda illik inflyasiya dekabrın 1-nə 19,6%-ə çatıb."İnflyasiya proqnozuna yenidən baxılıb. Proqnozumuza görə, bu ilin baza ssenarisində, illik inflyasiya 20-21% intervalında olacaq. Hesablamalara görə, illik inflyasiyanın pik həddi 2023-cü ilin birinci rübündə proqnozlaşdırılır",- məlumatda deyilir.

Bank 2023-cü il üçün inflyasiya proqnozunu 11-13%-ə qaldırılıb.