BANK

05 Dekabr

Dolların bahalaşması ilə bağlı açıqlama

Qlobal bazarlarda bu il FED-in aqressiv faiz artımlarına son qoyacağı gözləntiləri və Çin iqtisadiyyatının yenidən açılacağına dair optimizm ilə yüksəlişinin yarısından çoxunu geri qaytarıb.

Bloomberg Dollar İndeksi 2022-ci ildəki 16 faizlik qazancının bir hissəsini qaytarıb və artıq indeks ilin əvvəlindən bu yana 7 faiz artıb.

ABŞ-da inflyasiyanın gözləniləndən çox yavaşlaması və FED sədri Jerome Powell-in faiz artım tempinin aşağı düşəcəyinə işarə etməsi dolların yenidən ucuzlaşmağa başlamasına səbəb olub.

Bloomberg Dollar İndeksi bu səhər Asiya sessiyasında 0,4 faiz geriləyərək iyunun 28-dən bəri ən aşağı səviyyəyə düşüb.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin Şanxay və Hançjou şəhərlərində bəzi Kovid məhdudiyyətlərinin yumşaldılması da dolların ucuzlaşmasına səbəb olur.

Dollar İndeksi isə, ötən həftə ərzində ümumilikdə 1,3 faiz düşdükdən sonra bu səhər təxminən 0,4% də geriləyərək zəif olaraq qalır. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,37% azalaraq 104,16 bənd təşkil edib.