“Xarici şirkətlərin Azərbaycan nümayəndəlikləri tərəfindən Qarabağdakı layihələrlə bağlı müraciətlər istək və sorğu xarakterlidir”.
Bunu “Fins.az”-a açıqlamasında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.
O bildirib ki, xarici şirkətlərin Azərbaycan nümayəndəlikləri tərəfindən maliyyələşmə ilə bağlı hələki rəsmi müraciət qeydə alınmayıb. Lakin indiyədək xarici şirkətlərin yerli nümayəndəlikləri işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələri həyata keçirmək planlarını şifahi şəkildə bildirib. Bu müraciətlər daha çox məlumat toplamaq və sorğu xarakterlidir. Sahibkarlar öyrənmək istəyir ki, bu tip layihələrin icrasında Fond onlara hansı dəstəyi göstərə bilər?
Osman Xaliyev Sahibkarlığın İnkişafı Fondunun Qarabağda həyata keçiriləcək layihələri maliyyələşdirmə perspektivinə toxunaraq “Təbii ki, əvvəl də qeyd etdiyimiz kimi bu istiqamətdə layihələr həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərməyə hazırıq. Amma hələ ki, müraciətlər, istək və sorğu xarakterlidir. Növbəti illərdə belə müraciətlərin infrastrukturun bərpası ilə paralel olaraq artacağı gözlənilir”- deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva