Sahibkarlığın İnkişafı Fondu tərəfindən "ATC Company" MMC-yə 195 min manat güzəştli kredit verilib.
"Fins.az" xəbər verir ki, bunu Twitter səhifəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, kredit sənaye məhsullarının istehsalı və emalı layihələrinin maliyyələşdirilməsi çərçivəsində ayrılıb.
Qeyd edək ki, "ATC Company" borular və birləşdirici hissələr istehsalçısıdır. Şirkət məhsullarını "Form Boru" brendi ilə satışa təqdim edir. Şirkətin zavodu Binəqədi ərazisində yerləşir.