BANK

02 Dekabr

Avropa Mərkəzi Bankının prezidenti Laqarddan artım açıqlaması

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bildirib ki, davamlı inkişaf üçün fiskal və pul siyasətləri uyğun olmalıdır.
"Fins.az" xəbər verir ki, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bildirib ki, FED-in pul siyasətini sərtləşdirməsi ABŞ-da olduğu kimi Avro Zonasında da sənaye istehsalına təsir edir.

ASEAN+3 mərkəzi bankları konfransında çıxış edən Laqard həmçinin qlobal iqtisadiyyatı vuran bir sıra şoklardan sonra qısamüddətli perspektivin qeyri-müəyyən olduğunu və bu şokların orta miqyasda tələb və təklifə təsirlərini görməyə davam edəcəklərini bildirib.

Çıxışında davamlı inkişaf üçün pul və fiskal siyasətlərin harmoniya içində hərəkət etməsi lazım olduğunu vurğulayan Laqard, həmçinin tələbi stimullaşdıran maliyyə siyasətlərinin mərkəzi bankları pul siyasətlərini normaldan daha çox sərtləşdirməyə məcbur edə biləcəyi barədə xəbərdarlıq edib.

Müəllif:Aynur Qəniyeva