BANK

02 Dekabr

"Bank of Baku" səhmdarları növbədənkənar toplantı keçirəcək

16 yanvar 2023-cü il tarixində "Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə Bank məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları göstərilən ünvandan əldə etmək olar. 

Qeyd edək ki, "Bank of Baku" ASC-nin səhmdarları “NAB Holding” (35%), Hikmət İsmayılov (31.11%), “Azpetrol Neft Şirkəti” MMC (28.89%) və  Elçin İsayevdir (5%).