Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 16.3% artaraq 22.3 mlrd. ABŞ dolları ekvivalentində 6 olub.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Qeyd olunur ki, nağdsız valyuta əməliyyatlarının 84.5%-i ABŞ dollarında, 15.5%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29.6%-i banklararası valyuta bazarında (BVB), 70.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Müəllif:Aynur Qəniyeva