BANK

25 Noyabr

Mərkəzi Bankın şöbə müdiri: PayPal ilə mütəmadi olaraq danışıqlar aparırıq

PayPal ilə  mütəmadi olaraq danışıqlar aparırıq.

“Fins.az” xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin müdiri Ramil Mahmudov jurnalistlərə açıqlamasında deyib.

O beynəlxalq ödəniş sistemi "PayPal"-ın ölkəmizdə fəaliyyətə başlmamasının səbəblərinə aydınlıq gətirərək, "Əslində dövri olaraq bir neçə dəfə  müraciətlərimiz də olub. Təşkilatın özünün strategiyası var,biz ona təsir edə bilmərik. Təşkilat özü açığı, pandemiyanın və sairin düşməsi də bir az məsələlərə qarışdırdı. Ümumiyyətlə, son dövrlər dünyada baş verən həm geosiyasi vəziyyətin ölkə bazarına təsiri və həm iqtisadi məsələlər şirkətlərin özünün artıq strategiyalarına dəyişikliyə səbəb oldu,"-deyə bildirib. 

Ramil Mahmudovun sözlərinə görə, yəni əvvəldən deyil, kiməsə maraqlı olduğu ölkələrə, artıq prioriteti ikinci, üçüncü dərəcəli yerə keçirmək məcburiyyətində qalırlar.  Biz şirkətlərə dövri olaraq müraciət edirik,maraqlanırıq. Amma nə vaxt ölkəyə gələcəyini artıq şirkət özü, rəhbərliyi, qərar verib. PayPal ilə görüş də,rəsmi təqdimat da, rəsmi məktublarımız da olub. Şirkət məlumatlıdır ki, Azərbaycan Mərkəzi Bankı onların ölkəyə gəlişində hardasa maraqlı kimi görünür.

Müəllif:Aynur Qəniyeva