Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 881 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici ilə müqayisədə 0,3% və ya 3 mln. avro azdır. İcra edilən layihələrin sayı isə 184 olub.
Bu barədə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 90%-ni (792 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (59 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 3,4% azalaraq 790 mln.avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 184 layihə çərçivəsində 3,795 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,4 %-i (3,280 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 13%-i özəl sektorun payına düşüb.