Sanksiya məlumatları yayımlanan kimi bir müddət müəyyən çətinliklər qeydə alındı.
Fins.az xəbər verir ki, bunu 2022-ci ilin ilk yarımili üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında PAŞA Bankın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib.
O bildirib ki,ümumiyyətlə təkcə PAŞA Bank yox ölkə miqyasında təsiri yan keçməyib.Ona görə ki, əksər Azərbaycan bankları Rusiyanın ən böyük bankları ilə əməkdaşlıq edir həmin banklar təbii ki, sanksiyaya düşəndə istər-istəməz bizim maliyyə partnyorlarımızın sayı azaldı. Amma bu o demək deyil ki, PAŞA Bank-ın Rusiya ilə biznes əlqələri olan müştərilərimizlə bağlı durğunluq yaşandı.
Bəhruz Nağıyev yaranan çətinliklərə toxunaraq "Sanksiya məlumatları yayımlanan kimi bir müddət müəyyən çətinliklər qeydə alındı. İndi biz onları artrıq qaydasına qoymuşuq.alternativ banklar vasitəsi ilə müştərilərimizin ehtiyaclarını qarşılayırıq.Hazırda hər hansı çətinlik müşahidə edilmir",-deyə qeyd edib.