Avronun ucuzlaşması ümumiyyətlə valyutanın enişi və yüksəlişi müvəqqəti bir haldır. Son 3 ayda avronun məzənnəsinin xeyli aşağı düşməsinin nəticəsi avroda verilən kredit portfelinin manat ekvivalentində azalması deməkdir. Bu da sırf faiz gəlirlərində avronun məzənnəsi endiyi qədər bankın da avro portfelinin azalmasıdır.
"Fins.az" xəbər verir ki, bunu 2022-ci ilin ilk yarımili üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında PAŞA Bankın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib.
Bəhruz Nağıyevin sözlərinə görə bunu rəqəmlə ifadə etmək çətindir. Ona görə ki, bu bizim üçün önəmli deyil bu müvəqqəti bir haldır. Bizim üçün yerli valyutada maliyyələşmə çox önəmlidir. ona görə ki,xarici valyutada yalnız ixracatçı müştərilərimizi maliyyələşdiririk.Onların fonunda bu rəqəmlər çox böyük məbləğlərlə ifadə olunmadığı üçün böyük əhəmiyyət daşımır.