BANK

22 Noyabr

"PAŞA Bank"ın kapital adekvatlığı niyə aşağı enib ?- RƏSMİ AÇIQLAMA

2020-ci ildə bizim portfelimiz  1.4 milyard səviyyəsində idi bu gün onun 2 qatıdır istəristəməz artımın olduğu halda adekvatlıq əmsalı 16-dan aşağı düşür. Əsas məqsəd kapital adekvatlığının normasından yüksək səviyyədə qalmağıdır.

"Fins.az"xəbər verir ki, bunu 2022-ci ilin ilk yarımili üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında PAŞA Bankın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib.

 Bəhruz  Nağıyev adekvatlığın səviyyəsinin optimal varianları barədə də fikirlərini bölüşərək "Yüksək adekvatlıq heç də yaxşı göstərici deyil normadan yüksək səviyyədə adekvatlıq göstəricisinə malik olmaq pulu dəyərləndirməmək anlamına gəlir.Bu çox vacib nüans və əsas məsələdir" deyə əlavə edib.