Neft qaz sektorunda fəaliyyət göstərən korporativ müştərilərimiz var. Hazırda üzərində işlədiyimiz enerji sahəsində müəyyən layihələrlə bağlı "yaşıl istiqraz" buraxacağıq.
Bunu "Fins.az" -a açıqlamsında "PAŞA Bank"ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib.
O bildirib ki, bu ilin sonuna kimi !yaşıl istiqrazlar"ın çıxarılması gözlənilmir. Gələn il "yaşıl istiqraz"ların buraxılması ilə bağlı daha intensiv iş aparmağı planlaşdırırıq. Bu layihə sırf "PAŞA Bank"ın yerli bazarda korporativ müştərilərimizdən biridir. Onun üzərində işləyirik.
Bəhruz Nağıyev istiqrazların əldə edilmə imkanlarına da toxunaraq "Biz yalnız "PAŞA Bank" müştəriləri üçün yox bütövlükdə bazara "yaşıl istiqrazl"larımızı təqdim edəcəyik. Bizim istiqrazlar bütün investorlarımız üçün əlçatan olacaq.İstəyən təbii ki, bu investisiyanı etmək imkanına malik olacaq",-deyə bildirib.
Müəllif: Aynur Qəniyeva