PAŞA Bank Şuşa şəhərində filial açmağı ilə bağlı müzakirələr aparır.
PAŞA Bank-ın Komplayns və İdarəetmə üzrə baş direktoru Anar Kərimov bankın 2022-ci ilin ilk yarımilində üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bankımız Qarabağın bərpasında maraqlı olan orada fəaliyyət göstərmək istəyən Kiçik və Orta sahibkarlıq subyektlərinə dəstək göstərir. Bəzən xarici şirkətlərin ölkənizdə açılan filialları Qarabağda fəaliyyətdə maraqlı olur və biz həmin şirkətlərə də kömək edirik.Gələcəkdə bizim Şuşada fəaliyyət göstərəcək biznes mərkəzimiz bu regionu əhatə etmək məqsədi daşıyır.