Əsas məqsədimiz risk sağlamlıq indeksini dünya səviyyəsinə çatdırmaqdır.
"Fins.az" xəbər verir ki, bunu "PAŞA Bank"-ın 2022-ci ilin ilk yarımilində fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib
O bildirib ki, risk sağlamlıq indeksi PAŞA Bank tərəfindən xüsusilə önəmli sahələrdən biri hesab olunur.Bu sahədə investisiyalarımızı artırırıq və müəyyən standartların formalaşmasına nail olunub.Risk sağlamlığı ilə bağlı əsas məqsəd risk sağlamlıq indeksini dünya səviyyəsinə çatdırmaqdır.