BANK

21 Noyabr

VTB (Azərbaycan) nağd pul kreditləri üzrə faiz dərəcələrini 13%-ə endirib

VTB (Azərbaycan) 13 illik yubileyi münasibətilə nağd pul kreditləri üçün şərtləri yaxşılaşdıraraq, faiz dərəcəsini 0,99 faiz bəndi - 13%-ə qədər azaldır.

 

 

VTB (Azərbaycan)-dan istehlak krediti 300 manatdan 40 000 manatadək 6 aydan 60 aya qədər müddətə əldə edə bilərsiniz.

Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur. Minimal faiz dərəcəsi - 13% - noyabrın 21-dən 25-dək keçərli olacaq.

İstehlak kreditləri əhali arasında ən populyar məhsullardan biridir. Bankın bu seqment üzrə portfeli ilin əvvəlindən 27% artaraq 2022-ci ilin oktyabr ayının sonunda 68 milyon manat təşkil edib.

“Bu il Azərbaycanda VTB müştəriləri tənzimləyicinin əsas faiz dərəcəsinin artırılmasına baxmayaraq, sabit kredit aktivliyini qoruyub saxlayır. On ay ərzində borcalanlar tərəfindən 40 milyon manatdan artıq məbləğdə 8 mindən çox nağd pul krediti verilib ki, bu da artıq ötən ilin müvafiq dövrünün göstəricilərini üstələyir. Əhalinin Yeni il qabağı ənənəvi fəallığı və kreditləşmə şərtlərinin yaxşılaşması hesabına dördüncü rübdə artım templərinin artacağını gözləyirik. Müştərilərin bayramqabağı alış-verişə əvvəlcədən hazırlaşa bilmələri üçün noyabr ayından biz onlar üçün kreditlər üzrə endirimli tarifə başlayırıq - cəmi 13%”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.

Kredit üçün müraciət etmiş müştərilər kredit lotereyasında da iştirak edə və burada dəyərli hədiyyələr qazana bilərlər. Xatırladaq ki, lotereyanın ikinci tirajı noyabrın 28-də keçiriləcək.

Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.