Dünya Bankı 2026-cı ilədək nəzərdə tutulmuş dövlət strategiyasının reallaşdırılmasında Azərbaycanı dəstəkləyəcək.
Fins. az-ınməlumatına görə, bunu bazar ertəsi Dünya Bankının regional meneceri Sara Maykl “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
"Azərbaycan hökumətinin Qarabağda reallaşdırdığı "ağıllı" layihələr, iqtisadi fəallığa gətirib çıxaracaq. Dünya Bankı informasiya texnologiyalarının inkişafı, eləcə də "Böyük qayıdış"ın sürətləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edən bu layihələrin reallaşdırılmasını alqışlayır. Biz hesab edirik ki, bu layihələr həm də kənd təsərrüfatının inkişafı baxımından da vacibdir. Bu layihələr urbanizasiyanın qarşısının alınmasına xidmət edəcək. Hesab edirik ki, "ağıllı" kəndlərin sakinləri şəhərlərə can atmayacaq, belə ki, bu kəndlərdə səmərəli təhsil, iş yerləri və bütün zəruri informasiya resursları olacaq", - deyə o bildirib.
S.Maykl əlavə edib ki, Dünya Bankı bu layihələr üzrə Azərbaycanla fəal əməkdaşlıq edir və reallaşdırılan bütün təşəbbüsləri dəstəkləyir.