Noyabrın 21-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AccessBank" QSC-nin ümumi dəyəri 5 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə BFB-dən bildirilib. Məlumata görə, nominal dəyəri min dollar olan istiqrazın illlik gəlirliyi 5,5%, tədavül müddəti 18 ay, kupon ödənişləri hər üç aydan bir nəzərdə tutulub.
Qeyd edək ki, yerləşdirmə üzrə baş anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” ASC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.