BANK

21 Noyabr

Azərbaycanda "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik ingilis dilində nəşr edilib

Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik ingilis dilində nəşr edilib.

"Fins.az" xəbər verir ki  Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi və Azərbaycan Texniki Universitetinin dosenti Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik ingilis dilində nəşr edilib.

Rəqəmsal ödəniş ekosistemi haqqında nəzəri və praktik bilikləri əks etdirən bu dərslik Mərkəzi Bankın tərcüməçisi Kəmalə Rüstəmova tərəfindən bu sahənin spesifik terminləri nəzərə alınmaqla ingilis dilinə tərcümə edilib.

Dərsliyin ingilis dilində nəşr olunması ölkəmizdə formalaşmış rəqəmsal ödəniş ekosistemi və onun xüsusiyyətləri, həyata keçirilən islahatlar və inkişaf tarixi, tətbiq edilən innovativ ödəniş həll və texnologiyaları haqqında təhsil müəssisələri ilə yanaşı, yerli və beynəlxalq maliyyə institutları üçün etibarlı və zəruri olan məlumatın əldə edilməsinə, müvafiq biliklərə yiyələnməyə imkan verəcəkdir.
Dərslik ABA, AMFA, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı və fintex ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilib.