BANK

18 Noyabr

VTB (Azərbaycan) «Qalaalti trail» cığır qaçışı üzrə yarışı dəstəklədi

VTB (Azərbaycan) Şabran rayonunun Qalaaltı kəndində keçirilən «Qalaalti trail» yarışının
rəsmi tərəfdaşı kimi çıxış edib. İştirakçılar qədim Çıraq Qala qalasının yaxınlığındakı
meşədən keçən marşrutu qət ediblər.
Yarışda həm təcrübəli qaçışçılar, həm də yeni başlayan trailrunnerlər də daxil olmaqla 180
idmançı iştirak edib. Yarış seçimlə iki məsafədə - 10 və 20 kilometr məsafədə keçirilib.
“VTB (Azərbaycan) əhali üçün sağlam həyat tərzini formalaşdıran idman tədbirlərini
dəstəkləməyi öz missiyalarından biri hesab edir. Ölkə üçün cığır qaçışı gənc idman növüdür,
ona görə də biz onun inkişafına və populyarlaşmasına töhfə verməkdən məmnunuq. Keçən il
bank “Qızıl payız” və “Running Flamingo” trail qaçış yarışlarını, səmti müəyyən etmə turnirini
və dağ idman klubunun açıq çempionatını maliyyələşdirib. Bu il biz, Milli Atletika
Federasiyasına həvəskarlar üçün növbəti yarışın keçirilməsində dəstək vermişik. Biz
gözləyirik ki, hər il respublikada belə tədbirlərin sayı artacaq, Azərbaycana nəinki yeni
idmançılar həm də turistlər cəlb edəcək”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri
İqor Okaev bildirib.
VTB (Azərbaycan) ölkədə müxtəlif səviyyələrdə idman layihələrini fəal şəkildə dəstəkləyir.
Bank bu ilin əvvəlində Basketbol Federasiyası ilə 1 illik müqavilə imzalayaraq Azərbaycan
Basketbol Liqasının rəsmi sponsoru olub. Yayda bank “VTB Azərbaycan Kuboku” uşaq
futbol turnirinin təşkilatçısı kimi çıxış edib.
Məlumat üçün:
Cığır qaçışı təbii ərazidə sərbəst sürətlə və ya yarışın bir hissəsi kimi qaçışı əhatə edən
idman intizamıdır. Kros və dağ qaçışı elementləri daxildir. Kross qaçışından əsas fərq
landşaftdadır: cığırla qaçmaq üçün adətən təpələr və hətta dağlar seçilir (hündürlük fərqi min
metrdən çox ola bilər), həmçinin səhralar və sıx meşələr.