Güvənc Dönməz, Aleksandr Maqomedov və Maksim Yevdakimov Kapital Bank-da Rəqəmsal Həllər üzrə Müşavirə Heyətinin üzvləri kimi çalışacaqlar.
"Fins.az" xəbər verir ki, bu barədə "Kapital Bank"ın rəsmi internet səhifəsində məlumat yayımlanıb.
Məlumata görə, 18 noyabr 2022-ci il tarixində yeni rəhbərlərin iştirakı ilə ilk iclas keçirilib. Rəqəmsal Həllər üzrə Müşavirə Heyəti Kapital Bank-da rəqəmsal həllərin beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etdirilməsi, innovasiyalar və texnologiyalar sahəsində həyata keçirilən layihələrin daha səmərəli idarə olunması məqsədilə fəaliyyət göstərəcək.
Bildirilir ki. Güvənc Dönməz Delivery Club, Mail.ru Group, Cofix Russia, Domino’s Pizza, Samsung Electronics Russia, Procter Gamble kimi şirkətlərdə, Aleksander Maqomedov Avito, Bank 131, YooMoney, ASCON şirkətlərində, Maksim Yevdokimov isə Headhunter, Okko, Sber, Tinkoff Bank kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.