Çin Mərkəzi Bankının bu həftə oktyabr ayından bəri ən yüksək qısamüddətli likvidliyi təklif etməsi pul bazarlarına təzyiqi azaldıb.
"Fins.az" xəbər verir ki, Çin Xalq Bankının qısamüddətli likvidlik hərəkəti pul bazarlarında rahatlama yaradıb.
Bank gündəlik açıq bazar əməliyyatları vasitəsilə 9 milyard yuan (1,3 milyard dollar) likvidlik təmin edib.
Banklararası overnayt repo maliyyələşdirmə dəyəri 6 həftə ərzində ən böyük həftəlik enişi qeyd etdi. 1 illik istiqrazın gəlirliyi əvvəlki beş seansda 30 baza bəndindən çox yüksəldikdən sonra bu gün 5 baza bəndi azalıb.