ABŞ-ın "Visa Inc" şirkətinin press-relizinə görə, Rayan Makinerni (Ryan McInerney) yeni baş direktor təyin edilib. O vəzifəsinin icrasına 1 fevral 2023-cü il tarixindən etibarən başlayacaq.
"Bu gün Visa, 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək, Rayan Makinerninin baş direktor vəzifəsinə təyin olunduğunu elan edir", - məlumatda deyilir.
Hazırkı baş direktor Alfred Kelly, 2016-cı ildən bu vəzifəni icra edir. Gələn il Kellinin 65 yaşı tamam olacaq.
Visa qlobal ödəniş sistemidir.